Sabiq nazir həbs olunub

27 İyun 2012 15:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, haqqında iki il məhkum olma qərarı verilən sabiq Rumıniya baş naziri Adrian Nastase həkimlər, polis, prokurorluq və Buxarest məhkəməsi arasında təxminən bir həftə davam edən bürokratik müzakirələrdən sonra həbsxanaya aparılıb. Keçmiş baş nazir Buxarest fövqaladə vəziyyətlər xəstəxanasından Rahova həbsxanası xəstəxanasına aparılıb. Nastase haqqında partiya maliyyəsindən sui-istifadə etməsi səbəbiylə verilən iki illik həbs cəzası bir həftə əvvəl dəqiqləşmişdi. Qərarın açıqlandığı gün Nastasenin intihar cəhdində tapıldığı iddia edilmişdi.

Xatırladaki, Nastase 1989-cu ildə ölkədəki kommunist rejiminin çökməsindən sonra həbs cəzasına məruz qalmış ilk baş nazir olub.