Kliçko toyunu təxirə salıb

8 May 2014 14:07 (UTC+04:00)

Boks üzrə dünya çempionu Vladimir Kliçko toyunu təxirə salıb. Movqe.az  Apasport.az saytına istinadən xəbər verir ki, buna Ukraynadakı siyasi vəziyyət səbəb olub.

 

Kliçko və onun rəfiqəsi aktrisa Heyden Panettyer 2009-cu ildən görüşməyə başlayıblar. Cütlük 2011-ci ilin mayında ayrılsa da, 2012-ci ilin dekabrında yenidən bir araya gəlib. 2013-cü ildə isə Kliçko və Panetyyer nişanlanıblar.

 

Aprel ayında Panettyer "Parade Magazine"yə müsahibəsində Ukraynada baş verənlərin onların şəxsi planlarına da mane olduğunu bildirib: "Bəli, siyasi vəziyyət bizim planlarımıza mane olur. Amma bizim vaxtımız var".