"Xəzər Lənkəran" razılıq verdi

8 May 2014 15:34 (UTC+04:00)
Topaz Premyer Liqasının XXXIV turunda "İnter"ə 4:1 hesabı ilə qalib gələrək  çempionluğunu rəsmiləşdirən "Qarabağ" kuboku doğma azarkeşləri önündə alacaq.  Movqe.az  Apasport.az-a istinadən  xəbər verir ki, ağdamlılar son turda səfərdə "Xəzər Lənkəran"ın qonağı olmalı və kuboka da Lənkəranda qovuşmalı idi. Lakin, çempion oyunun yerinin dəyişdirilməsi üçün cənub klubuna müraciət edib. Qarşı tərəf də buna razılıq verib.