Yolda telefon işlədən piyadalara cərimə veriləcək

8 May 2014 16:45 (UTC+04:00)

Tayvan yolu keçərkən diqqətini avtomobillərdən çox əlindəki telefona verən piyadalara cəza verməyi planlaşdırır.


Tayvan 14 milyon mobil internet istifadəçisinə malikdir və hökumət çoxunun telefonlarından asılı olduğunu düşünür. Cərimə fikri ilk baxışda çılğın görünsə də , Tayvan hökuməti piyada ölümlərinin yaşandığı yol qəzalarını bu şəkildə azaltmağı düşünür.


Hökumətə görə , ağıllı telefon asılılığı və diqqətsiz piyadalar Tayvan nəqliyyatının bir hissəsi halına gəlib və sürücülər də bunun fərqindədir. Lakin sürücülər hər nə qədər bu vəziyyətə qarşı ayıq olsa da , ölkənin bezdirici nəqliyyatı , həmdəmxəyal piyadaların həyatlarını böyük təhlükəyə atır.


Cərimənin məbləği 10 dollar olacaq.