Tərəvəzlərdən hazırlanmış qədim sənət nümunələri

27 İyun 2012 15:47 (UTC+04:00)

Movqe.az "The Sun"a istinadən tərəvəzlərdən hazırlanmış qədim sənət nümunələrini təqdim edir. Rəssam Alon Zaid Leonardo da Vinçinin məşhur "Mona Lisa" əsərindəki xanımın sirli gülümsəməsini canlandırmaq üçün kələm, badımcan və brokoli kimi tərəvəzlərdən istifadə edib.

Rene Maqrittenin "The Son Of Man" , Pikassonun "Dora Maar Seated"  və  Sandro Bottikellinin "The Birth Of Venus" əsərini canlandırmaq üçün isə meyvə və tərəvəzlərin qarışığından istifadə edib.  

İsrail əsilli Alon bu əsərləri hazırlamaq üçün cəmi 5 saat vaxt sərf edib.