Millimiz qələbə qazanıb

8 May 2014 17:40 (UTC+04:00)

Aprelin 29-dan etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirib. Movqe.az  AFFA-nın rəsmi sayıtına isdinadən xəbər verir ki,  BƏƏ-nin "Al Əhli" klubu ilə qarşılaşan millimiz 4:0 hesabı ilə qələbə qazanıb. Qolları Elvin Quliyev, Comərd Baxşəliyev (2 qol) və Sabir Allahquliyev vurublar.


Qeyd edək ki, bu komandalar arasında mayın 3-də keçirilmiş qarşılaşma da 4:2 hesabı ilə millimizin xeyrinə yekunlaşmışdı.