Prezidentin oğlu qrup yoldaşları ilə – FOTO

8 May 2014 20:42 (UTC+04:00)

Heydər Əliyevin tələbə yoldaşları ilə çəkdirdiyi fotolar sosial şəbəkələrdə yerləşdirilib.

ADA (Azərbaycan Diplomatik Akademiyası) Universitetində təhsil alan Azərbaycan prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin yeni fotoları yayılıb.

Movqe.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyevin tələbə yoldaşları ilə çəkdirdiyi fotolar sosial şəbəkələrdə yerləşdirilib.

Xatırladaq ki, bu yaxınlarda prezidentin oğlu jurnalistlərə müsahibə verərək universitet həyatı barədə sualları cavablandırıb. O müsahibəsində təhsil aldığı universitetlə xarici universitetlər arasında fərq olmadığını və boş vaxtlarını da dərsdən sonra universitetdə keçirdiyini bildirib.