Qadınlarda depressiya riskini azaltmaq üçün balıq

8 May 2014 23:20 (UTC+04:00)

Balıq və balıq məhsullarından istifadə etmək qadınlarda baş verən depressiya hallarına qarşı təsirlidir. 

Məlumata görə Avstraliyanın Tazmanya Menzies Araşdırma İnstitutu bu istiqamətdə tədqiqat aparıb.

Nəticədə institutun bir sıra elm adamları müəyyən ediblər ki, həftədə ən az iki dəfə balıq yemək qadınlarda depressiya riskini 25% aşağı salır. 

Məlumatda o da bildirilir ki, 26-36 yaşlarında olan 1400 dən çox qadın və kişinin qatıldığı və 5 il müddətində olan tədqiqatlar göstərib ki, balıqdan istifadə esterogen və progesteron hormonları ilə (qadınlıq hormonu) birləşərək beynin düzgün fəaliyyət göstərməsinə kömək edir.

Bu prosesə daha çox balıqda olan omeqa-3 yağ turşularının təsir göstərdiyi bildirilir.

Tədqiqatın nəticələri "American Journal of Epidemiology" jurnalında dərc olunub.