Galaxy S2 partladı!

8 May 2014 22:01 (UTC+04:00)

"Samsung"un ağıllı telefonlarından Galaxy S2 Qazaxıstanda bir qız uşağının cibində partlayıb.


Bir müddətdir, istifadəçilərin əlində partlayan telefon xəbərləri gəlmirdi. Lakin ötən günlərdə Qazaxıstanda kiçik bir qızın cibində dayanan Samsung Galaxy S2-in partlaması insanlarda qorxu yaradıb. Qıçı son dərəcə pis şəkildə yanan gənc qızın ölümcül bir yarası yoxdur, lakin qıçındakı ləkənin keçməyəcəyi deyilir. Ariana Aitzhan adlı qızın bağçada oturarkən birdən qışqırığını eşidən ailəsi bağçaya çıxdıqında, qızın yerdə yatdığını, yanındakı yoldaşlarının isə şok olduğunu görüblər.