İngiltərə millisinin oyununda azərbaycanlı hakim

8 May 2014 19:14 (UTC+04:00)

Sabah 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən güclü 8 yığması Maltadakı turnirdə çempionu müəyyənləşdirəcək.

 

Bu yarışda Azərbaycan FİFA referisi Əliyar Ağayevlə təmsil olunub. Turnirə yollanan həmyerlimiz sabah ilk matçına çıxacaq. O, ilk turun Malta – İngiltərə matçına təyinat alıb. Ağayev A qrupunda baş tutacaq görüşdə 4-cü hakim olacaq.

 

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Ta-Qalidəki Milli stadionda keçiriləcək. Matçın baş hakimim isə latviyalı Aleksandr Anufriyev olacaq. Yan xətt hakimləri isə gürcüstanlı David Çiqoqidze və sloveniyalı Yure Praprotnikdir. Hakimlərin işinə inspektor kimi məşhur yunan Kiros Vassaros qiymət verəcək.