Apple “Beats Audio”nu satın alır

9 May 2014 14:47 (UTC+04:00)

Texnologiya nəhəngi "Applen bir müddətdir səs sistemləri istehsalçısı "Beats"i satın almaq üçün danışıqlar etdiyi ortaya çıxıb.

 

"Financial Times"da yayımlanan xəbərə görə Apple və Beats uzun müddətdir müzakirə prosesindədir . "Applen Beats'i 3.2 milyard dollara satın alacağı iddia edilib. Bu müqavilə reallaşsa Beats , "Apple"ın ən böyük satın alma əməliyyatı olacaq.

 

"Beats" qulaqlıqları hal-hazırda bir müddətdir Apple mağazalarında satışa təqdim edilib. Digər tərəfdən Beats də ötən həftələrdə "Appln tətbiq daxili satın alma xüsusiyyətini istifadə etməyə başlamış və "Apple"ın da bu gəlirdən payını almasını təmin etmişdi.

 

Beats alışıyla birlikdə "Applen yeni çıxacaq iPhone , iPod , iPad , MacBook və iMac-lərinin Beats dəstəyi qazanacağı və "Applen səsə üstünlük verəcəyi deyilir.