Azərbaycanın “Eurovision-2014” təmsilçisi Dilarə Kazımova finalda səhnəyə 3-cü nömrə altında çıxacaq

9 May 2014 17:49 (UTC+04:00)

Mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilən "Eurovision -2014" mahnı müsabiqəsinin final şousu baş tutacaq.Ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib.Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı "Start a fire" mahnısı ilə təmsil edən Dilarə Kazımova səhnəyə 3-cü nömrə altında çıxacaq. Yarışmaya Ukrayna təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Böyük Britaniya təmsilçisi çıxacaq.Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər:

 

Ukrayna

Belarus

Azərbaycan

İslandiya

Norveç

Rumınya

Ermənistan

Monteneqro

Polşa

Yunanıstan

Avstriya

Almaniya

İsveç

Fransa

Rusiya

Italiya

Sloveniya

Finlandiya

İspaniya

İsveçrə

Macarıstan

Malta

Danimarka

Niderland

San Marino

Böyük Britaniya