“9 May" Qələbə günü bölgələrdə də qeyd edildi (VİDEO)

10 May 2014 10:14 (UTC+04:00)
Lənkəranda olduğu kimi, dünən Gəncə və Göygöldə də "9 May" Qələbə günü qeyd olunub. 

Movqe.az ANS TV-ə istinadən xəbər verir ki, Gəncədəki bayram tədbirində əvvəlcə İkinci Dünya Müharibəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbrüstü abidəsi ziyarət edildikdən sonra yaylım atəşi açıldı. 

Göygöldə isə qələbənin 69-cu ildönümü "Qələbə Abidə" kompleksinin önündə başlayıb. 

Hazırda rayonda 20 nəfər müharibə veteranı, 28 nəfər arxa cəbhə iştirakçısı yaşayır. Bayram günü 31 nəfər Əfqanistan müharibəsi iştirakçısı da mükafatlandırılıb. Onlara Əfqanistan müharibəsinin 25 illik medalı verilib. 

Bayram tədbiri konsert proqramı ilə davam edib.