Kənan M.M.- dən sərt ismarıc (FOTO)
10 May 2014 11:05 (UTC+04:00)
Tanınmış rejissor Kənan M.M. (Mahmudov) Yaxın Şərqə- müqəddəs
torpaqlara ziyarətə gedib. Movqe.az xəbər
verir ki , azərbaycanlı məşhur rejissor və aktyor Kənan M.M. İranın
Məhşəd şəhərinə, daha sonra isə İraqın Kərbəla və Nəcəf
şəhərlərində imamların qəbrini ziyarət edib. Rejissor ziyarət
çərçivəsində çəkdirdiyi şəkilləri mütəmadi olaraq, sosial şəbəkədən
dostları ilə bölüşür.
İzləyiciləri tərəfindən sevgi ilə qarşılanan
fotoşəkillər bəzilərini qıcıqlandırıb. Kənan M.M. isə buna cavab
olaraq, sosial şəbəkədən həmin şəxslərə sərt ismarış
göndərib.
"Hə, deməli Kərbəladan bura şəkillər qoyuram. Əcəb
edirəm. Bu profil mənimdir, yaxşı edirəm. Kimə ləzzət eləmirsə,
getsin başqa yerə. Bu şəkillər hansısa Vəhabiyə ləzzət eləmir və
ağzına gələni yazır... Mən imamları canımdan çox sevirəm. Ağıllı
olun, gələrəm Bakıya, ağzınızı kökündən cıraram. Heç kim mənim
sevdiklərimi ələ sala bilməz, ziyarət edirəm əcəb edirəm... Bir
sözlə, çaşmayın aşırdaram!" - deyə rejissor sosial şəbəkədən onun
barəsində yazanlara cavab verib.
Qeyd edək ki, rejissor artıq bir neçə gündür ki,
ziyarətdədir.
Movqe.az şəkilləri təqdim.edir
: