"Qırmızı Xaç"ın 7 üzvü girov götürüldü
10 May 2014 12:00 (UTC+04:00)
Ukraynanın Donetsk vilayətində naməlum şəxslər "Qırmızı Xaç"
beynəlxalq təşkilatının ofisinə hücum edərək 7 nəfəri girov
götürüb. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , Ukraynanın
"Ukrinform" agentliyinin verdiyi məlumata görə, girov
götürülənlərin hamısı kişilərdir, ofisdə olan qadınlar isə sərbəst
buraxılıb.
Girov götürülənlərin 3-ü yerli sakin, 3-çü Kiyevdən gedən könüllü,
1-i isə Fransa vətəndaşıdır. "Qırmızı Xaç"ın əməkdaşları dərman və
tibbi ləvazimat çatdırmaq üçün təşkilatın Donetsk ofisinə
gəlibmiş.
Girovların separatçıların ələ keçirdikləri Donetsk vilayəti dövlət
administrasiyası binasında saxlandıqları bildirilir.