Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki ,
Kanadanın Edmonton şəhəri metrosunda qatarlardan birində əyləşən
qız gözlənilmədən yanındakı kişiyə hücum edib.
Əsəb gərginliyi keçirən qız qəflətən yanındakı
kişinin boğazına yapışıb. Kişi gözlənilməz hərəkətdən özünü itirsə
də, lakin sonra onu itələyərək uzaqlaşdırmağa müvəffəq
olub.
Onların qarşısında əyləşən digər sərnişin isə
həmin anları mobil telefonuna videogörüntü olaraq qeyd edərək
sosial şəbəkədə paylaşıb.
Hücuma məruz qalan kişi isə öz növbəsində qızı
vurub və qatarın ortasına yıxıb. İşin ciddiliyini başa düşən
polislər araya girməli olublar. Qızın bir anda niyə belə etdiyi isə
məlum olmayıb.