“Eurovision 2014” səslərimizi kim elan edəcək?

10 May 2014 14:06 (UTC+04:00)
Bu gün Danimarkanın paytaxtı Kopenhagendə "Eurovision 2014" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. Yarışmanın finalında 26 ölkə iştirak edəcək.
Movqe.az xəbər verir ki , "Eurovision -2014" mahnı müsabiqəsinin final şousu 45-ə yaxın ölkədə yayımlanacaqdır.

Azərbaycanın builki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovadır. O, səhnəyə 3-cü çıxacaq və "Start a fire" mahnısını ifa edəcək. 

"Eurovision-2014" mahnı müsabiqəsinin təmsilçilərinə Azərbaycandan verilən səsləri Səbinə Babayeva elan edəcək.

Qeyd edək ki, Bakıda keçirilən "Eurovision -2012" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva "When the music dies" mahnısı ifa edərək beşinci yerə sahib olub.