Qadınlar kişilərdən nə öyrənməlidir?
10 May 2014 15:14 (UTC+04:00)
Hamıya məlumdur ki, qadınlar və kişilər özlərinə məxsus unikal
keyfiyyətlərə malikdirlər. Kişilər fiziki qüvvə, alicənablıq və
qürur, qadınlar isə gözəllik və nəzakət varlıqlarıdırlar.
Buna baxmayaraq, qadınlara nisbətən kişilərin daha yaxşı
mənimsədiyi bir sıra keyfiyyətlər var.
Onlardan bir neçəsini misal göstərmək olar:
Emosiyaları idarə etməyi bacarmaq
Qadınlar hər zaman məsələləri dramatikləşdirməyə meyillidirlər. Bu
aydındır ki,qadınlar həssas məxluqlardırlar, lakin bəzi məsələlərə
həddən artıq emosional yanaşmaqdan boyun qaçırmaq hamının ümumi
rifahı üçün daha məqsədəuyğundur.
Daha realist olmaq
Qadınlar daha xəyalpərəstdirlər və çox vaxt özləri qurduqları
xəyallara özlərini inandırdıqları üçün bu onların reallığı
görmələrini çətinləşdirir. Bu, daima pozitiv olmaq üçün mükəmməl
olsa da, açıq şəkildə çatışmazlıqlarını və səhvlərini qəbul etməyi
rədd etməklərinə səbəb olur. Səhvlərini qəbul etmək və onlarla
yaşamağı bacarmaq qadınların öyrənməli olduğu bir şeydir.
Daha cəsarətli olmaq
Həyat yalnız risk etməyi bacardıqda daha əyləncəli hala gəlir.
Qadınlar həyatın ən kritik anlarında riskə getmək əvəzinə sadəcə
geri çəkilməyi seçirlər. Kişilər qadınlara nisbətən riskə getməyə
daha çox meyillidirlər.
Daha az gərginlik
Qadınlar həmişə bütün detallara çox diqqətlə yanaşırlar. Onlar ən
xırda məsələləri belə həddən çox analiz edir və
mürəkkəbləşdirirlər. Detallara qarşı diqqətli olmaq yaxşı
xüsusiyyətdir, lakin qadınlar buna məhdudiyyət qoymağı da
bacarmalıdırlar.
Sürücülük
Xanımların xətrinə dəyməsin, lakin onlar avtomobil sürməyə tamamilə
vərdiş etməyi heç vaxt bacarmırlar. Onlar maşınları park etməkdə
çətinlik çəkirlər. Bu qadınların kişilərdən öyrənməli olduğu
praktiki xüsusiyyətlərdən biridir.
Hamını bağışlamaq
Kişilər heç vaxt kin saxlamırlar. Onlar ən böyük mübahisələrini
belə unutmağı bacarırlar. Qadınların kişilərdən öyrənməli olduğu
keyfiyyətlərdən biri də kin saxlamamaqdır.
Texnologiya biliyi
Qadınlar və texnologiya çox vaxt bir – birilə uyğun gəlmir. Kişilər
texnologiya haqda öyrənməyə daha çox maraq göstərərkən, qadınlar
ondan uzaq durmağı üstün tuturlar. Halbuki qurğular haqda daha çox
şey öyrənmək onlar üçün daha faydalı ola bilər.
Yumor hissi
Kişilər bütün növ zarafatlara açıqdırlar, lakin qadınlar bunu o
qədər də rahat qarşılaya bilmirlər. Qadınlar öz yumor
diapazonlarını yüksək tutaraq daha çox əylənə bilərlər.
Şübhəsiz ki, qadınlar son dərəcə xüsusi varlıqlardırlar. Onlar elə
keyfiyyətlərə sahibdirlər ki, kişilər hətta bunu dərk etməkdə belə
çətinlik çəkə bilərlər. Lakin onlar yuxarıda sadalanan bəzi
keyfiyyətləri mənimsəsələr, daha mükəmməl olmağa doğru yol alarlar.