Sabah bu yollar bağlanacaq
10 May 2014 17:05 (UTC+04:00)
Sabah paytaxtın bir neçə prospekt və küçələrində
hərəkət məhdudlaşdırılacaq.
Movqe.az xəbər verir ki , bu barədə açıqlama
verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə xəbərdarlıq edib.
O bildirib ki, Fransa prezidenti Fransua Ollandın Bakıya gəlişi ilə
əlaqədar olaraq bəzi yollarda avtomobillərin hərəkəti
məhdudlaşdırılacaq:
"Şəhər istiqamətində Aeroport şosesi, Heydər
Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi,
Neftçilər və Nobel prospekti və həmin marşurutla İçərişəhər
istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər
qoyulacaq. May ayının 12-də isə Aeroport şosesi ilə Buzovna,
Mərdəkan istiqaməti və digər tədbirlərin keçirildiyi tədbirlərin
istiqaməti üzrə fasilələrlə avtomobillərin hərəkəti
məhdudlaşdırılacaq. Avtomobillərin hərəkəti başqa istiqamətlərə
yönəldiləcək".
Qeyd edək ki, Fransa prezidenti Fransua Olland 11
may tarixində Azərbaycan səfər edəcək. Ollandın səfəri çərçivəsində
siyasi, iqtisadi və mədəni sahədə bir çox məsələlər müzakirə
olunacaq. Fransa prezidentin Bakıdan başlayan səfəri İrəvana, ordan
da Tiflis şəhərinə yollanacaq.