Peyğəmbərin sünnələri

10 May 2014 18:02 (UTC+04:00)
Allahın yer üzünə göndərdiyi son peyğəmbər Həzrəti Məhəmmədin (S.Ə.S) ən önəmli özəlliyi onun başqalarına verdiyi nəsihətləri və əxlaq qaydalarını birinci növbədə özündə tətbiq etməsidir. O, özünü heç vaxt başqalarından üstün tutmayıb. Əksinə təvazökar, insanlara yardım edən, onların dərdlərinə qulaq asardı.

Movqe.az Anspress-ə istinadən  Hz. Məhəmməd peyğəmbərin sünnələrindən bir hissəsini sizə təqdim edir

Suyu oturaraq 3 dəfəyə`içmək

Suyu içməyə başlamazdan əvvəl "Bismillah", bitirdikdən sonra "Əlhəmdulillah" demək

Qəbirstanlığın yanından keçərkən salam vermək

Dini nikah kəsmək

Dırnaqlarını cümə günləri tutmaq

Dırnağını tutarkən şəhadət barmağından başlamaq

Yatarkən sağ tərəf üstdə uzanmaq

Yatmazdan əvvəl dəstəmaz almaq

Yeməyə duzla başlamaq

Kasıblara "Uşur" vermək (Uşur – meyvə-tərəvəzin 20/1-ni kasıblara vermək – S.M)

Azan oxunduğu zaman ayaq üstə durmaq

Köynəyi geyinərkən düymələrini aşağıdan yuxarıya, soyunarkən yuxarıdan aşağıya tərəf bağlamaq

Asqıranda "Əlhəmdülillah", başqasının ağsırmağını eşidəndə isə "Yerhamükellah" demək

Qozu pendirlə, üzümü çörəklə yemək

Yemək yeyərkən gözəl söhbətlər etmək

Dəstəmaz aldıqdan sonra üzü qibləyə dönərək su içmək

Başıaşağı yerimək

Dişlərini təmizləyərkən misvakdan (çubuq) istifadə etmək

Gözəl ətirlərdən istifadə etmək