"Qalatasaray" Aleksi alır
10 May 2014 19:06 (UTC+04:00)
"Qalatasaray" braziliyalı futbolçu Aleksi transfer etmək
istəyir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, mövsüm bitmədən
transfer işlərinə sürət verən "sarı-qırmızılı"lar bu mövsüm sonu
sərbəst qalacaq olan "PSJ"nin müdafiəçisi ilə danışıqlar aparır.
"Qalatasaray" rəhbərliyinin 32 yaşındakı oyunçu ilə böyük ölçüdə
razılığa gəldiyi bildirilib.
"Sarı-qırmızılılar"ın liqa bitdikdən sonra braziliyalı oyunçuyla
bir dəfə daha görüşüb transferi sonlandırması gözlənilir. Ancaq
"Qalatasaray" baş məşqçisi Roberto Mançinin klub prezidenti Ünal
Aysala verdiyi transfer siyahısında Aleksin olmadığı bilinir.
"Qalatasaray"ın bu transfer istəyi baş məşqçinin postundan gedə
biləcəyi ehtimallarını artırır.
Qeyd edək ki, təcrübəli müdafiəçi Aleks "PSJ"dən əvvəl "Santos",
"PSV" və "Çelsi" kimi klublarının formasını geyinib.