Çimərlikdə kitabxana

10 May 2014 19:12 (UTC+04:00)
Birləşmiş Ərəb Əmirliklərinin çimərliklərində kitabxana fəaliyyət göstərəcək.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , BƏƏ-nin Abu Dhabi Corniche çimərliyində ilk çimərlik kitabxanası açılıb. Kitabxanaya istənilən adam abunə ola və ölkə tarixi, dünya klassikası və uşaq ədəbiyyatı oxuya bilər. Kitabxananın rəflərində dünyanın bütün əsas dillərində kitablar var. 

Ənənəvi kağız nəşrlərdən başqa mərkəzdə kitabların elektron versiyalarının olduğu planşetlər də verilir.

Türkiyədə ilk çimərlik kitabxanası isə Fethiye kurort şəhərindəki Kumburnu Nature Park-da açılıb. Burada istirahət edənlər pulsuz kitabxananın xidmətindən yararlana bilərlər. Oxucuların xidmətinə türk, ingilis, alman və rus dilində kitablar təqdim edilir.