Yeraltı məscid tikildi (FOTO)
10 May 2014 21:00 (UTC+04:00)
Türkiyədə yeraltı məscid inşa
edilir.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
İstanbulda memar Əmrə Apolatın layihəsi əsasında tikilən məscid,
çox insanların marağına səbəb olub. Şəhərin kənarında yeləşən
Böyükçekmece qəsəbəsindəki yerin altından çıxan boz dördkünc
çıxıntını ilk dəfə görənlər, onun məscid olduğunu həmin an anlamaya
bilərlər.
Tikili ilk baxışda sənaye müəssisəsini xatırladır,
ancaq yaxına gələndən sonra, boz daşın üzərində yazılan "Allahu
əkbər" kəlməsini görərkən, bu tikilinin adi obyekt olmadığının
fərqinə varırsan.
Torpağın altından boylanan minərinin yuxarısından
aşağıya gedən pilləkənlər və üfiqi eyvanlar Aralıq dənizi
sahillərindəki zeytun və meyvə bağlarını xatırladır. Məscidin
ərazisində 1 ədəd qocaman zeytun ağacı əkilib. Məscidin
içərisindəki sadəlik və genşlik insana xüsusi rahatlıq gətirir.
Maraqlı memarlıq xüsusiyyətlərindən biri də odur ki, məscidin
divarlarında dekorativ və mozaikalı plitələrdən, naxışlı
xalçalardan istifadə olunmayıb.
Məsciddə yeganə bəzək elementi sayılan görüntülər
Müqəddəs Qurandan olan surələrdir ki, o da künc divarlara qara şüşə
ilə həkk olunub. Mərkəzi divarın arasındakı hücrədən gələn gün
işığı, günortalar otağı işıqlandırır. İşıqın gələn istiqaməti də
bir başa Məkkəni göstərir.
Məsciddə qadınlar üçün də xüsusi hissə nəzərdə
tutulub. Bu hissə isə yad gözlərdən tam uzaqdır. Namaza gələn
qadınları kimsə görmür.
Memar Əmrə Apolat deyib ki, "Sançaklar"
adlandırdığı məscidin yeni bir üslubda ərsəyə gətirməsində məqsədi,
peyğəmbərə mağarada Tanrıdan gələn vəhy məqamı olub. Ona görə də bu
məscidi mağara kimi tikib.