Bakıda möhtəşəm atəşfəşanlıq oldu (FOTO)

11 May 2014 10:13 (UTC+04:00)
Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə mayın 10-da Dənizkənarı Milli Parkda rəngarəng bayram konserti təşkil edilib.

Movqe.az xəbər verir ki, bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət xadimlərinin çıxışlarını böyük maraqla izləyiblər.

Konsert proqramının sonunda Bakı səmasını al-əlvan rənglərə boyayan möhtəşəm atəşfəşanlıq olub.