İranda güclü zələzələ

11 May 2014 11:09 (UTC+04:00)
İran ərazisində güclü zəlzələ baş verib. 

Movqe.az  İran Seysmologiya Mərkəzinə istinadən xəbər verir ki, ötən gün gecə saatlarında ölkənin Baladeh və Mazandaran vilayətlərində güclü yeraltı təkanlar qeydə alınıb. 

Yeraltı təkanların Rixter cədvəli üzrə 4,1 bal gücündə olduğu bildirilir. Zəlzələ 8,8 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ zamanı itki və dağıntılar baş verməsi barəsində məlumat verilmir. 

Ölkənin İsfahan, Xorasan, Kerman vilayətlərində də zəif hiss olunan yeraltı təkanlar qeydə alınıb.