Bakı-Şabran yolunda ağır qəza: ölən var
11 May 2014 12:01 (UTC+04:00)
Bu gecə Şabran rayonu ərazisində ölümlə
nəticələnən yol-qəza hadisəsi baş verib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Şabran rayonunda Bakı-Şabran avtomobil yolunun 129-cu
kilometrliyində "Mercedes" və "Nissan" markalı 2 minik avtomobili
toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq
xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində
əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki
avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb və "Mercedes" markalı
avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını
dəyişib.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət
etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə
qalmış 5 nəfər yaralıları, habelə "Mercedes" markalı avtomobilin
sürücüsü 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun
cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.