Toy iştirakçısı prezidentdən kömək istədi (VİDEO)

11 May 2014 14:00 (UTC+04:00)
Türkiyədə bir vətəndaş günahsız yerə həbs cəzası aldığı üçün prezidentə müraciət edib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin Kayseri şəhərində 4,5 il həbs cəzasına məhkum edilmiş Hakan Satılmış adlı vətəndaş Kayseri şəhəri bələdiyyə sədrinin qızının toyuna gələn prezident Abdullah Güldən kömək istəyib.

Mühafizəçilər tərəfindən uzaqlaşdırılan Satılmış tanımadığı insanların davasına şahid olduğu üçün 4,5 il həbs cəzası ilə mühakimə edildiyini, 4 uşaq atası olduğunu, başına gələn işə görə şirkətini bağladığını bildirib.

Prezidentin həmin şəxsin müraciəti ilə maraqlanıb-maraqlanmayacağı isə hələ ki, bəlli deyil.