Hərbiçilərə hücum: 18 əsgər öldü

11 May 2014 14:10 (UTC+04:00)
İraqın şimalındakı Ninova əyalətinin mərkəzi hesab edilən Mosul şəhərində hərbi karvanlardan birinə hücum təşkil edilib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Mosul şəhərində hərbi karvana təşkil edilən silahlı hücum nəticəsində 18 əsgər ölüb, 9-u isə yaralanıb.

Təhlükəsizlik mənbələrindən bildirilir ki, hərbi karvana gücum planı Mosul şəhərinin cənubundakı Əl-Cahş kəndi yaxınlığında həyata keçirilib. 

Hücumun hərbiçilərin yerlərini dəyişməsi zamanı meydana gəldiyi bildirilir. 

Qeyd edək ki, Mosulda vətəndaşlara və əsgərlərə qarşı zorakı hadisələr tez-tez yaşanır. Hücumların İraq Şam İslam Dövləti (İŞİD) silahlıları tərəfindən həyata keçirildiyini vurğulayan İraq hökumətionlara qarşı əməliyyatlarını davam etdirir.