Ağstafa sakininin avtomobili yandı

11 May 2014 15:00 (UTC+04:00)
Ötən axşam Ağstafa sakinlərindən birinin avtomobili alışıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Ağstafa rayonu, Düzqışlaq kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili alışıb. Yanğın avtomobilin salon və mühərrik hissəsində baş verib. 

Avtomobilin bir hissəsinə ziyan dəysə də, qalan hissəsi yanğından mühafizə olunub. Yanğının nədən baş verdiyi hələ ki, dəqiq bilinmir. 

Yanğın ötən axşam saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.