İranın sərhədində atışma

11 May 2014 16:07 (UTC+04:00)
İran-Pakistan sərhədində silahlı qarşıdurma olub. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, insident ötən gecə İran sərhədçiləri ilə bir qrup silahlı şəxs arasında baş verib. Nəticədə 4 silahlı öldürülüb, 8 nəfər yaralanıb, 1 nəfər isə həbs edilib. Yaralılar Pakistana qaçmağı bacarıblar. 

İran tərəfi heç bir itki vermədiyini açıqlayıb. 

Qeyd edək ki, son vaxtlar İran-Pakistan sərhədində tez-tez silahlı qarşıdurmalar baş verir.