İraqda silsilə partlayışlar

11 May 2014 18:11 (UTC+04:00)
İraqın paytaxtı Bağdadda növbəti partlayışlar silsiləsi baş verib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, şiələrin məskunlaşdığı Həbibiyə rayonunda törədilən partlayışlar nəticəsində azı 19 nəfər ölüb, 14 nəfər də yaralanıb. 

Partlayışlardan ən güclüsü restoranlardan birinin qarşısında saxlanmış avtomobilin uzaqdan idarə ilə partladılması nəticəsində baş verib. Partlayış o dərəcədə güclü olub ki, yaxınlıqdakı avtomobillərin yanmasına və binalara ciddi ziyan dəyməsinə səbəb olub. 

Bu silsilə partlayışlardan bir sutka əvvəl isə İraqın Fəlluca şəhərində mərmi atılması və atışma nəticəsində 11 dinc sakin həlak olmuşdu.