Binəqədi rayonunda partlayış: 4 yaralı

11 May 2014 21:38 (UTC+04:00)
Binəqədi rayonunda partlayış baş verib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörək bişirmə sexində qeydə alınıb. Davamlı təkrarlanan partlayışın əsas səbəbi qaz sızması olub. Yanan ərazinin ümumi sahəsi 150 kv metr olub. 

Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Xəsarət alanlardan 3-ü kişi, biri isə qadındır. 

Hadisə yerinə Binəqədi və Nərimanov Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafisə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.