"Oskar" satıldı (FOTO)
11 May 2014 21:40 (UTC+04:00)
Məşhur kinooperator Qreqq Tolandın "Oskar"ı
satılıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
Los-Ancelesdəki hərracda 1939-cu ildə məşhur amerikalı kinooperator
Qreqq Tolandın aldığı "Oskar" heykəlciyi Nate D.Sander hərrac
evində satışa çıxarılıb.
Kino sənayesində ən görkəmli operatorlardan biri
hesab olunan Tolandın "İldırımlı aşırım" filminə görə aldığı qızıl
heykəlcik 150 min dollara satılıb.
Hərracda satılan əşyalar arasında Con Lennonun
paltosu (31,2 min dollar) və amerikalı aktyor Con Ueynin kovboy
şlyapası (37,5 min dollar) da var. Ledi Qaqanın epatajlı geyimi isə
15,6 min dollara satılıb.
Toland 40-cı illərdəki "Vətəndaş Keyn" və "Ömrün
ən yaxşı illəri" filmləri üzərindəki işinə görə də
məşhurdur.