5 rayonumuz atəşə tutuldu
11 May 2014 22:00 (UTC+04:00)
Silahlı Qüvvələrimizin mövqeləri atəşə
tutulub.
Movqe.az xəbər verir ki , Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı
bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk
rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və İcevan
rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun
Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə
tutublar.
Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Tərtər
rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri
yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.