Eşli Koul futbolçuluq karyerasını başa vurdu

12 May 2014 13:01 (UTC+04:00)

"Çelsi"nin və İngiltərə yığmasının müdafiəçisi Eşli Koul millidəki futbolçu karyerasını başa vurub.


Qol.Az-ın məlumatına görə, bu barədə oyunçunun özü "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 


Bildirib ki, komandanın baş məşqçisi Roy Hodson yığmanı gəncləşdirmək istədiyi üçün o, millidən ayrılmağa qərar verib: "Bundan sonra İngiltərə yığmasını bir azarkeş kimi dəstəkləyəcəm".


Qeyd edək ki, Koul millinin "DÇ-2014" üçün ilkin heyətində yer almamışdı.