Həkim işləmək istəyənlərin nəzərinə!

12 May 2014 18:17 (UTC+04:00)

Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı sənədlərin qəbuluna dair yeni elanı açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, bu gündən etibarən Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə sənədlərinin qəbulu başlanıb.

Qeyd edək ki, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.