HƏKİM, ŞAİR, BƏSTƏKAR...

12 May 2014 13:30 (UTC+04:00)

Əziz oxucular!


Şəxsi arxivimi axtararkən Masallıdan yazlan bir məqalənin şahidi oldum. Bu, o vaxtlar Az'rbaycan KP MK-nın və digər ali dövlət idarələrinin orqanı olan"Vışka"(rus dilində)  qəzetinin 24  iyul  1970-ci  il tarixli nömrəsində həmyerlimiz   Mirkazım Aslanlı (Sarəng) haqqinda " HƏKİM,   ŞAİR,  BƏSTƏKAR" adlı material cap etmişdir.


Qeyd edirəm ki, yazıda o, " Mirkazım" kimi yox, səhvən "Kazım" kimi göstərilir.


Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROVUN verdiyi xəbərə görə   Masallının görkəmli şəxslərindən biri olan Mirkazım Aslanlı (Sarəng) haqqında ən çox məqalələr və kitablar yazan, onu tədqiq edən həmyerlimiz, yazıçı - jurnalıst Nurəddin Ədiloğlu (Muğanlı) olmuşdur.


Oxuculara maraqlı olsun deyə həmin yazını olduğu kimi təqdim edirəm:

 

 




"HƏKİM,   ŞAİR,  BƏSTƏKAR

       



        Onun  ev  otağında  böyük  kitabxana-poeziya-Nizami,   Füzuli,  Vurğun,  Müşfiq,  dramaturgiya-  Cabbarlı  Cavid,  ayrı-ayrı  qalaqlarda    Üzeyir  Hacıbəyovun,  Qara  Qarayevin,  Fikrət  Əmirovun  əsərlərinin  partiturası.  Tibbi  ədəbiyyat-  Əbusinedan  müasirlərimizə  qədər.

        Kazım  müəllimlə  üzbəüz  oturmuşuq.  Onun    önündə,  masa   üzərində  skripka,   səpələnmiş  not  yazıları   və  əlyazması  halında  şeir   vərəqləri.

       Baxışları  düşüncə  dolu  olan  bu  adam  kimdir?   Mən  onun  haqqındakı  hekayəmə  nədən  başlayım?

       Orta  məktəbi  o  Masallı  da  bitirib,  əvvəlcə   Zaqatala  kənd   təsərüfatı   tenikomuna,   sonra  isə  Girovabad  kənd   Təsərrüfatı   İnstitutuna  daxil  olmuşdur.  Bundan  sonra  Zaqatalada  oxuduğu  texnikomda  müəllim  olmuşdur..

        Bütün  bu  müddət  ərzində  Kazım  Aslanlı  musiqi   və  poeziya  ilə    maraqlanmışdır.  Müsamirələrdə  öz  şeirləri  ilə  çıxış  etmiş,  skripka   çalmışdır.

        Birdən...   tibb  institutu.   Onu   bura   gəlməyə  nə   məcbur  etmişdi?

   -    Çətin  sualdır,-  Kazım,  müəllim  gülümsəyir,   heç   özümdə  bilmirəm  nə  üçün  tibb  işçisi  olmağı  qərar  aldım.  Ancaq   etiraf   edim  ki,   buna  indi  heç  də  heyfelənmirəm.

        Kazım   Aslanlı   tibb  institutunda  oxuyarkən  tələbə  ansambılına  rəhbərlik  etmiş,  şeir  yazmağı  davam  etdirmiş  və  musiqi  bəstələmişdir.   Bu  zaman  onu  daha  bir   şey  maraqlandırmışdır.-  o  xalq  mahnılarını  toplamağa  başlamışdır.   K.Aslanlı  o  zaman  Azərbaycan  Dövlət   Konservatoriyasında   Bülbül  tərəfindən   rəhbərlik  edilən  50  xalq  mahnısını   təqdim  etmişdir.   Hələ  tələbəlik   illərindən  Kazım  Aslanlı   alim  Əlövsət  Quliyev,  Süleyman  Ələsgərov  ilə   dost  olmuşdur.

    -     "Arşın  mal alan"  da  Əsgərin   kupletlərini  xatırlayırmısınızmı:

          "Halal  olsun  Süleyman,  öyrədib  məni  yola  saldın".

           Mən  onları  öz  adımdan  Süleyman  Əsgərovun  ünvanına  aid  edirəm.

           Süleymanın   məsləhəti   ilə  Kazım,  Üzeyir  Hacıbəyov  ilə  tanış  oldu.  O,   hərarətlə   qarşılandı.  Üzeyir  bəy  cavan  həkimə   konservatoriyanın  həkim  məntəqəsində  işləməyi  məsləhət  gördü.

  -       İşləyirsiniz  və  eyni  zamanda  bəstəkarlıq   şöbəsini  də  oxuyarsınız...

          Kazım  4  il  Hacıbəyovun   yanında  oxudu   və  indi  o   çağları   böyük  məhəbbətlə  və  iftixarla  xatırlayır.

   -      O  keniş  qəlbə  malik  böyük  bir  ustad  idi.  Onun    musiqisində  olan   bu  qədər  hərarət   əbəs  deyil, - Kazım   müəllimin  əli   istər-istəməz  skripkaya  uzandı,-  qoy   ondan  bir  şey  çalım.

          Otağa  "Koroğlu"nun  tanış   rəqs  musiqisi  doldu.

          Axrıncı  akkordlar.  Kazım  müəllim  skripkanı  dizi  üstə  qoyaraq  fikirə  dalır.  Çalışıram  ki,  onun  nə  barədə   düşündüyünü  təyin  edə  bilim.  Bəlkə  öz    müəllimini  xatırlayır,  bəlkə  onun  gözləri  önündən  doğma  Azərbaycanın  gözəllikləri  keçir.  Musiqi  ona  özünün  şeirlərini  çatırladır.  və  onları  yaddaşında  götür-qoy  edir.  Bəlkə  də  gözləri  önündə  doğma  Masallı- yam-yaşıl  meşələr,  lalə  və   nərgizlərlə  dolu  çəmənliklər,  yüksək  dağlardan  axıb  gələn  gümüş  çaylar,  onun  təşəbbüsü  ilə  yaranan  isti-su  kurortu  calnanır.

         ..20  il  tədqiqat-müşahidə  işləri,  Masallı  isti  sularının  müalicəvi  xüsusiyyəti  haqqında  onlarca  elmi  məqalələr,  "Masallı  institutunun  poliartitlərə  təsiri"  mövzusunda  1955-ci  ildə  namizədlik  dissertasiyası  müdafiəsi  və  sonra...

         İndi  Kazım  müəllim  N.Nərimanov   adına  Dövlət  Tibb   institutunun  fizioterapiya  və  kurortologiya  kilinikasında  dosent  vəzifəsində  işləyir.

         Təbii  olaraq  o  tez-tez  doğma  Masallıda  qonaq  olur,  elmi  işə  ilə  əlaqədər  isti  su  kurortuna  gedir.  Onun  əməlləri  bəhrə  verir,  fərəhlə  qeyd  edir  ki,  indi  burada  hər  il  minlərlə  xəstə   müalicə  olunur.  Masallıda  müşahidələrini   davam  etdirməkdə  olan  Kazım  müəllim  isti  suda  yeni  müalicə  mənbələri  kəşf  etmişdir.  Öz  doktorluq  dissertasiyasını  da  məhz  bu  mineral  suların  bir  sıra  xəstəliklərdə   müalicəvi  əhəmiyyətinə  həsr  etmişdir...

         Mən  ondan  həyəcanlanmış  halda  ayrıldım  -  elə  adamlar  da  olur: 

         - Həkim,  şair,  bəstəkar:  yol  boyu  məni  onun  çaldığı  günəş  və  həyat  dolu   musiqinin  xoş  sədaları  müşaiət  edir.  

 

Q.Qarayev. "Vışka"  qəzeti,  24  iyul  1970-ci  il".


Qed edək ki, q eyri-adi istedada malik olan bu insan 12 dildə yazıb oxumağı bacarırdı.

1912-ci ildə Masallının gözəl, dilbər guşələrindən biri olan İsi kəndində dünyaya göz açmışdır. Uşaq ikən atasını itirmiş Mirkazım Aslanlı məhrumiyyətlərlə dolu həyat yaşamışdır. 


Çoxsahəli biliyə malik olan bu dahi şəxsiyyət – Lənkəran Pedaqoji və Zaqatala Kənd Təsərrüfatı Texnikumlarını (1928-1930-cu illər) Kənd Təsərrüfatı İnstitutunu (1935-ci il) Tibb İnstitutunu, Dövlət Konservatoriyasını bitirmişdir. 


Zaqatala Kənd Təsərrüfatı texnikumunda müəllimlik etmiş, Tibb İnstitutunda alimlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri elmi dərəcəsini almış, neçə-neçə elmi əsərlərin və tərcümələrin müəllifi olmuş, tanınmış səhiyyə təşkilatçısı olamqla yanaşı Tibb İnstitutunda tələbə xalq çalğı alətləri ansamblına, "Çeşmə" ədəbi birliyinə rəhbərlik etmişdir.


Musiqi bəstələmək, şeir-qəzəllər yazmaqla yanaşı Mirkazım Aslanlı Azərbaycanın rayonlarını qarış-qarış gəzərək xalq mahnılarını, folklor musiqiləri, bayatı və rəvayətləri toplamış və bu materialları Dövlət Konservatoriyasına təhvil vermişdir.


Öz dövrünün tanınmış simaları ilə dostluq əlaqəsi quran Sarəng, görkəmli alim Əlövsət Quliyev, tanınmış bəstəkarlar Üzeyir Hacıbəyli, İbrahim Topçubaşov, Süleyman Ələsgərov və başqaları ilə yaxın münasibətdə olmuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyli ilə tanışlığında Süleyman Ələsgərovun xüsusi rolu vardır. Belə ki, Mİrkazımın fitri istedadına heyran olan Üzeyir bəy öz şəxsi fortepianosunu ona hədiyyə etmiş və bəstəkarın köməkliyi ilə o, Dövlət Konservatoriyasında təhsil almışdır.


O, Konservatoriyada vokal və skripkada çalmağı öyrənib. Damarlarında türk qanı axan Mirkazım milli ruhda böyüdüyü üçün kamança alətində də ifa etməyi bacarmışdır. Sarəngin özünəməxsus dəsti-xəttinin gələcəkdə kamança ifaçıların yetişməsində böyük rolu olmuşdur. Xalq artisti, görkəmli kamança ustası Habil Əliyev də məhz bu insanın ifasını dinləmiş və ondan bəhrələnmişdir.


Mirkazımın ifasında skripkada çaldığı "Zaqatala lövhələri", "Dəmbəlov şikəstəsi", "Sarı bülbül", "İntizar" fantaziyaları və bir neçə musiqi nümələri Azərbaycan Radiosunun qızıl fondunda saxlanılır. 


Ölümündən sonra Sarəngin arxivindən bir çox dəyərli əsərlər tapılmışdır. "Tomris" tarixi mənzum dramı, 2-3 poeması, elmi məqalələri, musiqiyə dair elmi əsərləri, fars və ingilis dilindən tərcümələri miras qalmışdır. Onun həmçinin, "Qəhraman qız", "Şirvan gözəli", "Oxu mənə nazlı gözəl", "Misirli qız" mahnılarını görkəmli xanəndələrimiz Fatma Mehrəliyeva, Töhvə Əliyeva ifa etmişdir.


1968-ci ildə Şərq musiqisini nota almaq üçün 1/4 səslər barədə elmi iş yazmış, həmin səslərə uyğun pianonun sxemini də işləyib hazırlamışdır. Lakin Mirkazım Aslanlının bu zəhməti uğursuzluqla nəticələnmişdir. 

Masallıdakı İstisu adlanan bulağın müalicəvi əhəmiyyətli olduğunu ilk dəfə Sarəng ictimaiyyətin diqqətinə çatdırmışdır. Bu mövzuda daha sonra dissertasiya üzərində işləmiş, bu ərazinin perspektivli olduğunu elmi əsaslarla sübut etmişdir. 


Masallıda həmçinin kurort şəhəri salmaq və ona "Gülüstan" adı vermək istəmişdir. Lakin bu işdə ciddi maneələrə rast gəlir və ona paxıllıq edən insanlar Mirkazımın bu arzusunun həyata keçməsinin qarşısını alırlar. Bütün bu haqsızlıqları görən 


Sarəng belə yazır:

Sarəng, rəqiblərin qüvvətli çıxdı,

Sən tikən sarayı dostların yıxdı.


Mirkazım Aslanlının (Sarəng)  "ANANIN DƏFNİ" məşhur şeirini "MÖVQE"nin oxucukarına təqdim edirəm:

(ixtisarla)


Yatır yatağında bir ana xəstə,

Gözləri yoldadır, qulağı səsdə.

Bayırdan gələndə bir ayaq səsi,

Ananın dayanır bir an nəfəsi.

Fəqət qəlbi yenə aramla vurur,

Ana intizarla oturur, durur...

... Onun dörd oxumuş oğlu, qızı var,

Yaşarlar anadan kənar, bəxtiyar.

Oğlu mühəndisdir, qızları həkim,

Ona qibtə edir bu eldə hər kim...

... Ana can üstədir, gəlmədilər ah,

Övladın ürəyi nə daşmış, Allah:

- Nə böyük qəm-qüssə varmış önümdə,

Ölüm yatağında, bu son günümdə

Nə qızlarım gəlib qapımı açdı,

Nə oğlum yetişib, evə nur saçdı!



Ana bu həsrətlə daldı xəyala,

Yanında bir qarı yandı bu hala.

Anaya bir damla sərin su verdi,

Sərin su elə bil, son yuxu verdi.

Bu qoca dünyanı ana tərk etdi,

Yadların çiynində məzara getdi.



...Bu payız gününün qurub çağında,

Ananın tək oğlu gül qucağında

Xanımıynan qoşa çıxırdı bağdan,

Onları qapıda xaldı bağban.

Dedi: - O tabutda gedən cənazə,

Könülləri bürüyən ötən cənazə

Sizin ananızdır möhtərəm cənab!

Mühəndis duruxdu, vermədi cavab.

Bərk çaşdı başını qaldıran zaman,

Gördü cənzani, oldu pərişan...




Bu an qucağından güllər töküldü,

Gözəl xanımısa bu hala güldü.

Mühəndis hönkürüb, yaman ağladı,

Ürəyi bir anda yanıb, çağladı.

Mənim də gözlərim doldu bu dəmdə,

Dondu önümdəki kağız, qələm də...

...Ellər saxlamadı yoldan tabutu,

Getdi çiyinlərində o qara qutu.

Hamı gəlib çatdı qəbristanlığa,

Ürəklər qovuşdu pərişanlığa.

Daha yer qalmadı bir intizara, 

Ananı qoydular soyuq məzara.

Sonra da önündə töküb göz yaşı,

Yadlar məzarına qoydu baş daşı...




Ey mənim şeirimi qəmlə oxuyan,

Eşqimi, arzumu, hissimi duyan

Neçin aramızda belə övladlar,

Belə qəlbidaşlar az olsa da var.

Hərdən qəzəblənib dərin hiddətlə

İnsanlıq adına hədsiz nifrətlə

Deyilən sözləri eşidirik biz,

Az qala alışa ürəklərimiz:

Dünən məhkəmədə olub möcüzə,

Anayla övladı durub üz-üzə,

Anaya təqaüd kəsib məhkəmə,

Qərarı car çəkib bütün aləmə.



...Ey gözümün nuru, əzizim övlad,

Ataya biganə, anaya ya da.

Budurmu mərifət, budurmu hörmət

Səni böyüdənə ülvi məhəbbət?!

...Sarənk, bu şeirin qoy nəsihət!

Qayğısız kömlərə bir ibrət olsun!