Nazir vətəndaşlarla görüşəcək

12 May 2014 18:59 (UTC+04:00)

Azərbaycan Nəqliyyat naziri cənab Ziya Məmmədov Qaxda vətəndaşları qəbul edəcək. Nəqliyyat Nazirliyindən movqe.az-a verilən məlumata görə, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nazir Ziya Məmmədov 16 may tarixində keçiriləcək. Qəbulda Qax şəhərində Balakən, Zaqatala və Qax rayonlarında yaşayan vətəndaşları iştirak edəcək.


Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 14 may tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:


• Qax "16 saylı Yol İstismarı İdarəsi" (Qax şəhəri, Sabir küçəsi-8)

• Balakən "51 saylı Yol İstismarı İdarəsi" (Balakən şəhəri, 28 may küçəsi, 12)

• Zaqatala "17 saylı Yol İstismarı İdarəsi" (Zaqatala rayonu, Yuxarı Tala kəndi)