Doğru qərar verdiyimdən qətiliklə əminəm

12 May 2014 19:11 (UTC+04:00)

Movqe.az goal.com-a istinadən xəbər verir ki, almaniyanın  "Bayer Leverkuzen" kulubu, rəsmi internet saytında yerləşdirdiyi məlumatda  bildirib ki,  "Nürnberqdə" forma geyən İsveçrəli Josip Drmic ilə 2019-ci ilə qədər müqavilə imzalayıb.


Klubun idman direktoru Rudi Voller, rəsmi internet saytına verdiyi açıqlamasında bildirib  ki,  "Josip Drmic ilə müqavilə imzaladığımız üçün xoşbəxtik. Bizim komandamıza tam olaraq uyğunlaşma təmin edəcək  səviyyəli  bir adın kulubumuzun transfer çərçivəsində qazandığı uğurlu naliyyətlərdən biri hesab edirəm. " 


Bu mövsüm liqada 17 qol atan oyunçu, jurnalistlərə verdiyi  açıqlamasında bildirib ki,  "Nürnbergdə komanda olaraq  mövsüm ərəfəsində yaxşı oyun göstərə bilməsəkdə, gözəl zamanlarımız daha çox  olub . İndi isə "Levekuzen" üçün tər tökəcəyəm. Bundesliqada ön  sıralarda çıxış edən  və Çempionlar Liqasında mübarizə aparacaq  bir komandada forma geyəcəyəm üçün həyəcanlıyam. Doğru qərar verdiyimdən qətiliklə əminəm."