Qubada 3 yaşlı uşaq qaynar südlə dolu qazana düşüb

13 May 2014 10:55 (UTC+04:00)

Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb.

 

3 yaşlı körpə ağır yanıq xəsarətləri ilə dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Ona hər iki aşağı ətrafın, qarnın ön divarının və bədənin arxa səthinin sağrı nahiyələrinin 2-ci və 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub.

 

İlkin tibbi yardım göstərildikdən sonra xəstə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.