İmtahanların vaxtı açıqlandı

13 May 2014 11:41 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrində ümumi və tam orta təhsil səviyyələri üzrə biliyinin yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının keçirilməsi tarixlərini açıqlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahanlar aşağıdakı tarixlərdə olacaq. 08.06.2014 - Bakı, Sumqayıt, Abşeron, Rus bölməsi (Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar,Xaçmaz, Zaqatala, Balakən)
13.06.2014 - Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd

18.06.2014 - Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən

24.06.2014 - Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Zaqatala, Mingəçevir

29.06.2014 - Eksternat yolu ilə buraxılış imtahanı

İşğal altında olan Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı, Zəngilan, Ağdam, Füzuli və Xocavənd rayonlarının şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.