Yenə qaz olmayacaq
13 May 2014 11:45 (UTC+04:00)
Bir neçə rayonun təbii qaz təchizatında
məhdudiyyətlər olacaq. "Azəriqaz"
İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az verilən məlumata
görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun
yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Abşeron
rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Suraxanı
rayonunun bir hissəsinə, həmçinin 700 mm-lik "Qaradağ-Digah"
magistral qaz kəmərinin yeni çəkilmiş 5200 p/m hissəsinin qaz
təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 17:00-dək
Səbail rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr
yaranacaq.