İlham Əliyev Hacıbala Abutalıbovla bağlı sərəncam verdi

13 May 2014 12:20 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovu "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hacıbala İbrahim oğlu Abutalıbov "Şərəf" ordeni ilə təltif edilsin. Qeyd edək ki, bu gün H. Abutalıbovun 70 yaşı tamam olur.