Yeni Respublika quruldu

13 May 2014 12:45 (UTC+04:00)

Rusiya tərəftarları, Donetsk və Luganskdakı referendumda müstəqillik qərarı çıxdığını bildirib. "Xalq respublikası" elan edilən iki bölgənin Rusiyaya daxil olması isə  bilinmir.


Ukraynanın şərqindəki ictimai binaları işğal edən Rusiya tərəfdarları , reaksiyalara baxmayaraq Donetsk və Lugansk bölgələrində bazar günü etdikləri müstəqillik referandumunun nəticələrini açıqlayıb. Müstəqil  referendumda gözlənildiyi kimi yüksək nisbətdə müstəqillik qərarı çıxıb. Separatçılar, Donetskdə referenduma qatılanların 89 faizinin, Luganskda 96.2 faizinin müstəqillik lehinə səs verdiyi deyilib.

Nəticələrin açıqlanmasından sonra, "Xalq qubernatoru" seçildiyi bildirilən Valeriy Bolotov , "Lugansk Xalq Respublikasının qurulduğunu" bildirib. Donetskdə də eyni istiqamətdə alınan qərarı açıqlayan Denis Puşilin , "Rusiya Federasiyasından , Donetsk Xalq Respublikasının Rusiya Federasiyasına qatılmaq mövzusunu nəzərdən keçirməsini xahiş edirik" deyib.