Məryəm Üzərli hansı filmdə rol alacaq?

13 May 2014 12:37 (UTC+04:00)
Tükənmişlik sindromu səbəbiylə "Möhtəşəm əsr"i yarıda qoyub Berlinə köçən və qızı Laranı dünyaya gətirən aktrisa Məryəm Üzərli Türkiyəyə dönməyə hazırlaşır. Mövqe.az türk mətbuataına istinadən xəbər verir ki, Türkiyədə reytinq rekordları qıran "Möhtəşəm əsr" serialına xaricdə də böyük maraq göstərilib. Bir neçə bölüm sonra ekranlara vida edəcək serial üçün 50 ölkədən reaksiyalar gəlib. Beləcə, serialın prodüseri Timur Savcı, "Möhtəşəm əsr"i film kimi çəkməyə qərar verib. 

Serialın bütün aktyor heyyəti ilə razılaşan rejissor Timur Savcı, Hürrəm Sultan rolu üçün də Məryəm Üzərliyə müraciət edib. Belə ki, Məryəm Üzərlinin rejissorun təklifini qəbul etdiyi və "yaxşı, gəlirəm" dediyi xəbəri yayılıb.