Bu ərazilərdə 36 saat su olmayacaq

13 May 2014 15:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, kür su kəmərləri sisteminin 1400 mm diametrli magistral xətlərindən birinin Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 14 may 2014-cü il tarixdə saat 00:00-dan Bakının Qaradağ rayonuna, Səbail rayonunun 20-ci sahə və Badamdar qəsəbələrinə, Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə içməli su 36 saat müddətində məhdudiyyətlə veriləcəkdir. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.