Apple istifadəçiləri narazı qaldı!

13 May 2014 16:42 (UTC+04:00)

Apple iOS 7.1.1 yeniləməsini yayımlasa da, istifadəçilərin məmnun olmadığı ortaya çıxıb. 

  

"Apple"ın aprel ayında yayımlanan iOS 7.1.1 yenilənməsi iPhone və iPad istifadəçilərindən şikayət alıb. 


Movqe.Az xəbər verir ki, yeni versiyanı telefonlarında aktuallaşdıran istifadəçilər cihazlarında kilidlənmələr olduğunu, iOS 7.1.1 versiyasının xüsusilə Wi-Fi ilə əlaqədar problemləri meydana gətirdiyini iddia edib.

 

Yeniləmədən sonra, istifadəçilər keçmiş distributivə dönmək istədiklərini, lakin sistemin bu istəklərinə də cavab vermədiyini söyləyib.