Meymuna bənzəyən çiçək

28 İyun 2012 11:10 (UTC+04:00)
Movqe.Az bildirir ki, Ekvadorda bitən bir çiçək növü meymuna bənzədiyinə görə görənləri təəccübləndirib.

Çiçəyə meymuna olan təəccübləndirirci bənzərliyindən ötrü "meymun orxideyası" adı verilib. Bir çiçək kolleksiyaçısı fotoşəkillərini çəkərək çiçəyi insanlara tanıdıb. Çiçəyin elmi adı "Dracula Simiya"dır. Daha çox Ekvadorun dağlıq bölgələrində bitən meymun çiçəyinə hər mövsüm rast gəlmək olar. Çiçəyin portağal qoxusunda olduğu bildirilib.