Bakı polisi məktəbli qızı zorlayıb kameraya çəkən qardaşları axtarır

13 May 2014 18:39 (UTC+04:00)
Binəqədi polisi 14 yaşlı qızı zorlayaraq mobil telefona çəkən iki qardaşı axtarır. ANS PRESS xəbər verir ki, bu barədə vesti.az-a Binəqədi Rayon Polis İdarəsindən bildiriblər. Xatırladaq ki, ötən gün Binəqədi rayonunda 14 yaşlı qızın zorlanması xəbəri yayılmışdı. RPİ 5-ci polis bölməsinə ərizə ilə müraciət edən 14 yaşlı qız bildirib ki, mayın 10-da Fuad kimi tanıdığı şəxsə inanaraq, onunla bir yerdə hazırlığa getməyə razılıq verib. Sonradan onlara Fuadın qardaşı da qoşulub. Onlar Azadlıq prospektindəki 20180 nömrəli binanın damına çıxıblar. Qardaşlar yeniyetmə qıza qarşı seksual zorakı hərəkətlər ediblər. İlkin istintaqda olan məlumata görə, videokadrların mövcudluğu barədə zərərçəkən özü danışıb.