Ulduz futbolçunun 6 milyon vergi borcu var

13 May 2014 20:27 (UTC+04:00)

İspaniya Vegilər Nazirliyi Messidən sonra, bu dəfə   "Real Madrid"in  ulduz futbolçusu  Xabi Alonsonu  hədəfə alıb.

Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, ulduz futbolçunun  adı 6 milyonluq avro vergi qaçaqmalçılığında hallanır


Lakin İspaniyanın "Marka" qazetində çıxan bu xəbəri Alonsonun  vəkilləri  doğru xəbər olmadığını bildiriblər. Onlar qazetin yaydığı  xəbərin yalan olduğunu qeyd ediblər. Və bu barədə  məhkəməyə müraciət olunacağını qey edərək,  ulduz futbolçunun  heç bir vergi borcunun olmadığını bildiriblər.

Qeyd edək ki, Vergiıər Nazirliyi  bu cür iddia ilə "Real"ın digər ulduz oyunçusu İker Kasilyas barəsində də çıxış edərək,  futbolçunun 2 milyon avro vergi borcu olduğunu bildirmişdilər.